
İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyəyə F-35 qırıcıları və reaktiv mühərriklərin verilməsinə qarşı çıxıb.
Musavat.com xəbər verir ki, Netanyahu ABŞ-nin Fox News telekanalına müsahibəsində bildirib ki, Türkiyəyə F-35 qırıcıları və reaktiv mühərriklərin verilməsi Yaxın Şərqdə qüvvələr balansını dəyişə bilər. O, İsrailin hava üstünlüyünün qorunmasının vacib olduğunu vurğulayıb.
İsrailin 12-ci telekanalının yaydığı məlumata görə, Netanyahu Türkiyə Hərbi Hava Qüvvələrinin Amerika sistemləri hesabına modernləşdirilməsini nəzərdə tutan mümkün razılaşmanın qarşısını almaq məqsədilə ABŞ-nin Prezidenti Donald Trampa müraciət edib.
Məlumata əsasən, iyulun 6-da NATO sammiti çərçivəsində ABŞ və Türkiyə liderləri arasında ikitərəfli görüş planlaşdırılıb. Danışıqlarda müdafiə sahəsində əməkdaşlıqla yanaşı, ticarət və investisiya məsələlərinin də müzakirə olunacağı gözlənilir.
Netanyahu müsahibəsində İranla bağlı da danışaraq ölkə əhalisinin böyük hissəsinin Tehran hakimiyyətini dəstəkləmədiyini iddia edib. O bildirib ki, öldürülən İranın ali lideri Əli Xameneinin dəfn mərasiminə cəmi bir neçə milyon insan qatılıb və küçələrdə "Trampa ölüm" şüarları səsləndirənlərin ABŞ-nin dostu olmadığını deyib.
Musavat.com






Şərhlər