Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Bölgə » Salyanda partlamamış mərmi aşkarlandı
Salyanda partlamamış mərmi aşkarlandı

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Salyan rayonu ərazisində sursat aşkarlanıb.

Publika.az-ın xəbərinə görə, Abşeron Xətt Polis Məntəqəsinin əməkdaşları Salyan rayonunun Xıdırlı kəndi ərazisində xidmət aparan zaman Şirvan su kanalının sahilində partlamamış mərmi aşkarlayıblar.

Sursatın tapıldığı yerin ətrafında əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Mərmi təhlükəsizlik tədbirləri görülməklə ərazidən götürülüb və aidiyyatı üzrə təhvil verilib

Araşdırma aparılır.

Şərhlər