Artıq bu qatarların komplektləşdirilməsinə də başlanılıb.
İlin sonuna qədər gətirilməsi nəzərdə tutulan 7 qatardan 4-ü artıq Bakıya çatdırılıb. Bir qatarın tamamlama işləri başa çatdırılaraq, sazlama işləri üçün "Nərimanov" elektrik deposuna göndərilib. Oktyabr ayı ərzində bu il üçün nəzərdə tutulmuş son üç qatar da Bakıya çatdırılacaq.
Yeni qatarlar Avstriya Almaniya, Çexiya və İtaliya istehsalı olan avadanlıqlarla təchiz olunub. Rusiyada layihələndirilərək istehsal olunan vaqonların təchizatı Bakı metrosunun texniki şərtləri əsasında həyata keçirilir
Qeyd edilib ki, metro qatarlarının 50 faizi yenilənib. Yaxın 3 il ərzində hər biri 5 vaqondan ibarət olan 13 qatar xəttə buraxılacaq. Bu qatarlardan 7-si ilin sonuna kimi Bakıya gətiriləcək.
Reportyor.tv mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Şərhlər