“KQB” agentlərinin unikal "Volqa"sı SATIŞA ÇIXARILDI - FOTO
Tarix: 13-10-2024, 19:48
Baxılıb: 680
Google+ Paylaş
Tumblr Paylaş

“KQB” agentlərinin unikal "Volqa"sı SATIŞA ÇIXARILDI - FOTO

13-10-2024, 19:48

Yekaterinburqda V8 mühərriki və avtomatik transmissiyası olan “KQB” (SSRİ Dövlət Təhlükəsizlik Komitəsi) üçün yığılmış unikal Volqa avtomobili satışa çıxarılıb.
Publika.az xəbər verir ki, bu barədə Motor.ru məlumat yayıb.
Söhbət Sovet İttifaqında xüsusi əhəmiyyət kəsb edən missiyalar üçün yığılmış "QAZ-24-24" modelindən gedir.
Satıcının sözlərinə görə, avtomobil sənədləşdirilib.
Sedan tam bərpadan keçib, lakin bütün detallar orijinaldır. 5,5 litrlik mühərrik 195 at gücünə malikdir.
Avtomobil sahibi bu avtomobildən 5,5 milyon rubl (təxminən 97726 AZN) qazanmaq istəyir və bu, münasib qiymətdir, çünki "GAZ-24-24" nadir hallarda şəxsi əllərə düşür, yəni əksər sedanlar silinib atılıb.
Rəvayətə görə, təhlükəsizlik işçiləri baqajı ballastla yükləməyə məcbur olublar, çünki əks halda 195 at gücünə malik “Volqa” kəskin sürətlənmə zamanı asfaltı üyüdəcəkdi.
Hüseyn İbadlı




Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ