Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Cəmiyyət » Əməkdar jurnalist vəfat etdi
Əməkdar jurnalist vəfat etdi

Azərbaycanın əməkdar jurnalisti Valeh Məhərrəmli vəfat edib.

Bu barədə Mətbuat Şurasından məlumat verilib.

Bildirilib ki, o bu gün uzun sürən xəstəlikdən sonra 73 yaşında yaşadığı mənzildə dünyasını dəyişib.

Qeyd edək ki, Valeh Məhərrəmli 1952-ci ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. 1991-ci ildən "Səs" qəzetində tərcüməçi, müxbir, məsul katib və baş redaktorun müavini kimi məsul vəzifələrdə çalışıb.

 "Tərəqqi" medalına və "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti