Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Putin konkret danışdı: Bu halda nüvə silahından istifadə ediləcək
Putin konkret danışdı: Bu halda nüvə silahından istifadə ediləcək

"Rusiya raket və dronların kütləvi hücumuna cavab olaraq nüvə silahından istifadə edə bilər".

Reportyor.tv globalinfo.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

O bildirib ki, nüvə silahından istifadə Rusiyaya qarşı aerokosmik hücum silahlarının kütləvi şəkildə buraxılması fonunda mümkün ola bilər. Bura hərbi təyyarələr, qanadlı raketlər və dronlar daxildir.

"Rusiyanın nüvə silahından istifadə etməsi üçün şərtlər açıq şəkildə göstərilib. Aerokosmik hücum silahlarının kütləvi şəkildə buraxılması və onların dövlət sərhədimizi keçməsi barədə etibarlı məlumat əldə etdikdən sonra bu ehtimalı nəzərdən keçirəcəyik. Mən strateji və ya taktiki təyyarələri, qanadlı raketləri, pilotsuz uçan aparatları, hipersəsli və digər təyyarələri nəzərdə tuturam", - deyə Kreml rəhbəri vurğulayıb.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti