Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Paşinyanın komandasında istefa ardınca istefa: Vardanyan da getdi
Paşinyanın komandasında istefa ardınca istefa: Vardanyan da getdi

Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan istefa ərizəsi yazıb.
Publika.az xəbər verir ki, bu məlumatı “Sputnik Ermənistan”a departamentdən təsdiqləyiblər.
Vardanyan bu vəzifəni 2018-ci ilin iyun ayından tutub və əvvəllər Ermənistanın Elektrik Şəbəkələri, “Tashir Group” və Yüksək Gərginlikli Elektrik Şəbəkələri şirkətlərində rəhbər vəzifələrdə çalışıb.
Qeyd edək ki, bir gün əvvəl Dövlət Xidmətlərinin Tənzimlənməsi Komissiyasının sədri Qaregin Baqramyanın da istefa verdiyi məlum olmuşdu.
Bu günlərdə Ermənistan parlamentində elektrik təchizatı ilə bağlı dinləmələr keçirilib və bu sektora cavabdeh olan şəxslər kəskin tənqid olunub.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti