Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » ŞOK: Netanyahunun iqamətgahı VURULDU, dronun biri binaya ÇIRPILDI - CANLI
ŞOK: Netanyahunun iqamətgahı VURULDU, dronun biri binaya ÇIRPILDI - CANLI

Livanın "Hizbullah" hərəkatının buraxdığı 3 kamikadze PUA-dan biri Hayfa yaxınlığındakı Kaysariya şəhərində baş nazir Benyamin Netanyahunun iqamətgahına zərbə endirib.
 Musavat.com telegram kanallarına istinadən xəbər verir ki, Netanyahunun harada olduğu məlum deyil.
Son məlumatlara görə, baş nazir evdə olmayıb və hadisə nəticəsində heç kim zərər çəkməyib. İsrail Müdafiə Ordusunun mətbuat xidmətindən bildirilib ki, Livan istiqamətindən İsrailin mərkəzinə doğru üç dron buraxılıb. Dronlardan ikisi havada məhv edilib, biri isə Kaysariya şəhərindəki binaya çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Ərəb mətbuatı isə bildirir ki, dronların hədəfi İsrail baş naziri Benyamin Netanyahunun iqamətgahı olub.
Məlumata görə, oktyabrın 7-dən bəri İsrail ordusunun döyüşlərdə ölən hərbçilərinin sayı 740-a yüksəlib. Döyüşlər zamanı 4 945 hərbçi isə yaralanıb.

Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti