Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » İran növbəti xəbərdarlığa qədər bütün aviareysləri ləğv edib
İran növbəti xəbərdarlığa qədər bütün aviareysləri ləğv edib

İranda bütün aviareyslər növbəti xəbərdarlığa qədər ləğv edilib.
“Report”un məlumatına görə, bu barədə İRNA agentliyi İranın Mülki Aviasiya Təşkilatının nümayəndəsinə istinadən xəbər verir.
Qeyd olunur ki, uçuşlar bütün istiqamətlər üzrə ləğv edilib.
Xatırladaq ki, daha əvvəl yerli və xarici mətbuat Tehranda partlayış səslərinin eşidilməsi barədə xəbərlər yayıb. Sonra məlum olub ki, İsrail İrana iki dəfə hava zərbəsi endirib. İkinci zərbə Şiraz şəhərinə endirilib.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti