Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » ABŞ-la Rusiyanın Zelenskiyə qarşı birgə planı - Britaniya açıqladı
ABŞ-la Rusiyanın Zelenskiyə qarşı birgə planı - Britaniya açıqladı

Rusiya və Amerika Birləşmiş Ştatları Ukrayna lideri Vladimir Zelenskini hakimiyyətdən uzaqlaşdırmaq istəyirlər.
Publika.az xəbər verir ki, bu barədə britaniyalı geosiyasi ekspert Con Dok Almaniyanın “Berliner Morgenpost” qəzetinə deyib. “Ruslar və amerikalılar Vladimir Zelenskinin prezidentliyinə son qoymaq istəyirlər”, - ekspert qeyd edib.
Dok bu şəkildə “Vaşinqton və Moskvanın Ukraynada seçkilərin keçirilməsinin zəruriliyində nə üçün israrlı olduğu” sualını cavablandırıb.
Onun sözlərinə görə, Zelenskinin Trampla münasibətləri Oval kabinetdəki davadan əvvəl də pisləşib və ABŞ-la Rusiya Ukrayna seçkiləri ilə bağlı qarşılıqlı mövqedən çıxış ediblər.
O qeyd edib ki, atəşkəs 30 gündən çox davam edərsə, Ukrayna liderinin mövqeyi kəskin şəkildə pisləşəcək. Bu, əhalinin yorğunluğu və buna qarşı tənqidlərin artması nəticəsində baş verəcək.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti