Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » İtaliya sahillərində miqrantların olduğu qayıq batdı - Ölənlər var
İtaliya sahillərində miqrantların olduğu qayıq batdı - Ölənlər var

İtaliyanın cənubundakı Lampeduza adası sahillərində miqrantları daşıyan qayıq batıb.
reportyor.tv xəbər verir ki, İtaliya sahil mühafizə xidmətinin və maliyyə polisinin patrul gəmiləri ilə 6-sı kişi və 4-ü qadın olmaqla, 10 nəfər xilas edilib, həmçinin 6 cəsəd çıxarılıb. Qəza nəticəsində itkin düşən 40-dək miqrantın axtarışı davam edir.
Mühacirlərin Fil Dişi Sahili, Seneqal, Qvineya və Malayziya vətəndaşları olduqları bildirilib.
Tunisin Sfaks şəhərindən yola çıxan rezin qayıqda 56 nəfər olub.

Şərhlər