Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » SON DƏQİQƏ: Əkrəm İmamoğluna həbs qərarı! Silivri həbsxanasına göndəriləcək
SON DƏQİQƏ: Əkrəm İmamoğluna həbs qərarı! Silivri həbsxanasına göndəriləcək

İstanbul Böyükşəhər Bələdiyyə Başqanı Əkrəm İmamoğlunun korrupsiya ittihamı ilə rəsmi şəkildə həbs olunduğu bildirilib.
Reportyor.tv xəbər verir ki, terrorla bağlı istintaq çərçivəsində isə İmamoğlu barəsində həbs qərarı çıxarılmayıb və bu istiqamətdə azadlıqda qalması rəsmiləşib.
Məlumatlara görə, İmamoğlu yaxın saatlarda Silivri Cəzaevinə göndəriləcək.
İstanbul Böyükşəhər Bələdiyyəsinin Baş katibi Can Akın Çağlar isə məhkəmənin qərarı ilə “adli kontrol” (məhkəmə nəzarəti) şərti ilə azadlığa buraxılıb.
Digər tərəfdən, Beylikdüzü Bələdiyyə Başqanı Mehmet Murat Çalık da həbs olunan şəxslər sırasına daxil olub.
Bu hadisə Türkiyə siyasi gündəmində əks-səda doğurub. CHP və İmamoğlunun tərəfdarları bu qərara etiraz edəcəklərini bildiriblər.
Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti