Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Ukrayna Rusiyanın Belqorod vilayətinin kəndini ələ keçirib
Ukrayna Rusiyanın Belqorod vilayətinin kəndini ələ keçirib

Ukrayna Silahlı Qüvvələri (USQ) Rusiyanın Belqorod vilayətinin kəndini ələ keçirib.
“Report” xəbər verir ki, bu barədə rusiyalı hərbi müxbir Vladimir Romanov teleqramda bildirib.
Kəndin havadan aktual videogörüntüsünü paylaşmış bloqçu Rusiya qoşunlarının ərazini tərk etdiyini açıqlayıb: “Demidovka, Belqorod vilayəti. Hazırda düşmən tərəfindən zəbt edilib. Onu saxlayanlar sadəcə olaraq onu atıb gediblər. Düşmən minatəmizləmə işləri apararaq keçid aça bilib, ərazini saxlayan qüvvələr bu anı buraxıblar. Vəssalam, düşmən buradadır”.
Xatırladaq ki, ötən ilin avqustunda Rusiyanın Kursk vilayətinə hücum edən USQ regionun təqribən min kvadratkilometr sahəsini, o cümlədən Suca rayonunun eyniadlı mərkəzini, habelə bir neçə kəndi ələ keçirə bilmişdi. Mart ayında Ukrayna ordusu Kursk vilayətindən geri çəkilib.
Reportyor.tv

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti