Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » “Qapaqda kürd” - İrəvan merinin kürdləri təhqir edən ifadəsi qalmaqala səbəb oldu
“Qapaqda kürd” - İrəvan merinin kürdləri təhqir edən ifadəsi qalmaqala səbəb oldu

Ermənistan parlamentinin “Hayastan” blokunun deputatı Qeqam Manukyan İrəvan meri Tiqran Avinyanın yanlış bəyanatına görə Ermənistanın kürd icmasından üzr istəyib.
Publika.az xəbər verir ki, parlamentin növbəti dördgünlük iclasının açılışında o, “Mülki Müqavilə” fraksiyasının Avinyanı “papaqda kürd” – “sadə, dar düşüncəli adam” mənasını verən kobud danışıq dili ifadəsini işlətdiyinə görə açıq şəkildə qınamasını gözlədiyini söyləyib.
Buna cavab olaraq parlamentin spikeri Alen Simonyan merin bəyanatına haqq qazandırmağa çalışaraq qeyd edib ki, danışıq nitqində hansısa milləti təhqir etmək məqsədi daşımayan ifadələr var.
“Mən əmin deyiləm ki, cənab Avinyan hansısa xalqın nümayəndələrini incitmək istəyib”, - Simonyan bildirib.
O, həmçinin xatırladıb ki, Manukyanın özü də əvvəllər təhqiramiz bəyanatlar verib - xüsusən də sosial şəbəkədəki səhifəsində Mülki Müqavilə partiyasının seçicilərinin ünvanına nalayiq ifadələr yerləşdirib.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti