İstanbula getmək istəyən Qaqauziya lideri SAXLANILDI
Tarix: 26-03-2025, 09:19
Baxılıb: 122
Google+ Paylaş
Tumblr Paylaş

İstanbula getmək istəyən Qaqauziya lideri SAXLANILDI

26-03-2025, 09:19

Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri Yevgeniya Qutsul Milli Antikorrupsiya Mərkəzinə (MMM) gətirilib.
Publika.az xəbər verir ki, bu barədə siyasətçinin mətbuat xidmətinin nümayəndəsi RİA Novosti ilə söhbətində məlumat verib.
Onun sözlərinə görə, vəkillər Qaqauziya rəhbərinin yanında olublar.
Mənbə onu da bildirib ki, hüquq-mühafizə orqanları əlavə qüvvələr cəlb edib, mərkəzin yaxınlığında gücləndirilmiş şəxsi heyətlə bir neçə polis maşını növbə çəkir. Qutsul tərəfdarları binanın qarşısında toplaşıblar. Onların arasında “Pobeda” blokundan olan deputatlar və digər müxalifət partiyalarının nümayəndələri də olub.
Qaqauziya rəhbərinin müşaviri Yuri Kuznetsovun sözlərinə görə, Qutsul Beynəlxalq Jurnalistlər Konqresinin dəvəti ilə İstanbula uçmalı idi. Siyasətçi Türkiyədə muxtariyyət üçün vacib olan məsələləri də müzakirə etməyi planlaşdırıb.
Martın 25-i axşam saatlarında Kutsulun Kişinyov hava limanında saxlanıldığı barədə məlumat yayılıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ