Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1000-i ötüb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Mandalaya gedən Myanma hərbi xuntasının lideri baş general Min Aunq Hlaynqa şəhərdəki vəziyyət barədə məlumat verilib. Ona 1002 nəfərin öldüyü, 2 min 376 nəfərin isə yaralandığı bildirilib.
***
Myanmada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı kəskin artıb.
Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, ən son məlumata görə, 694 nəfər ölüb, 1 670 şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
***
Myanmada baş verən güclü zəlzələ nəticəsində 144 nəfər ölüb, 700 şəxs yaralanıb.
Publika.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Məlumata görə, meyitlərin çoxu 34 mərtəbəli binanın dağıntıları altından çıxarılıb. Bina çökən zaman tikinti ərazisində 300-dən çox işçinin olduğu təxmin edilir.
Xatırladaq ki, Myanmada 7,7 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində çoxlu sayda ev və bina dağılıb. Zəlzələ Tailand, Çin və Banqladeşdə də hiss olunub.
