Rusiyanın ən zəngin biznesmenlərinin sərvəti 2025-ci ilin əvvəlindən etibarən 11,572 milyard dollar artıb.
Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
"Bloomberg Billionaires Index"in məlumatına görə, ilin əvvəlindən Rusiyanın ən böyük dəmir filizi istehsalçısı "Metalloinvest" şirkətinin səhmdarı Əlişir Usmanov 3,91 milyard dollar qazanaraq sərvətini 17,1 milyard dollara çatdırıb. Rusiyalı senator Süleyman Kərimov isə sərvətini 2,3 milyard dollar artıraraq 9,34 milyard dollara yüksəldib.
Ən böyük maliyyə itkilərini isə NLMK şirkətinin Direktorlar Şurasının sədri Vladimir Lisin yaşayıb – onun sərvəti 2,38 milyard dollar azalaraq 23,4 milyard dollara düşüb.
Qeyd edək ki, 2012-ci ilin martından agentlik planetin ən zəngin 500 adamının sərvətləri haqqında məlumatların yer aldığı "Bloomberg Milyarderlər İndeksi"ni dərc edir./Musavat.com/
