Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Netanyahudan İrana SƏRT XƏBƏRDARLIQ - “Eyni qətiyyət və güclə hərəkət edəcəyik”
Netanyahudan İrana SƏRT XƏBƏRDARLIQ - “Eyni qətiyyət və güclə hərəkət edəcəyik”

"İsrail İranın nüvə proqramına son qoymağa nail olub və onu canlandırmaq cəhdlərinə qarşı çıxacaq".
Reportyor.tv xəbər verir ki, bununla bağlı İsrailin Baş naziri Binyamin Netanyahu xəbərdarlıq edib.
"Biz İranın nüvə layihəsini ləğv etdik. Əgər kimsə onu canlandırmaq istəsə, biz də bu cür cəhdləri dayandırmaq üçün eyni qətiyyət və güclə hərəkət edəcəyik. İranın nüvə silahı olmayacaq", - Netanyahu bildirib.
İyunun 24-ü səhər saatlarında ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasında atəşkəsin qüvvəyə mindiyini elan edib. Ağ Ev rəhbəri tərəfləri onu pozmamağa çağırıb.
İyunun 22-nə keçən gecə Tramp ABŞ Hərbi Hava Qüvvələrinin İranın üç nüvə obyektinə hücum etdiyini bildirib. Onun sözlərinə görə, İranın əsas uranın zənginləşdirilməsi obyektləri “tamamilə və bütövlükdə məhv edilib”.

Şərhlər