Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » İran sərhədi yaxınlığında ABŞ kəşfiyyat dronu göründü: Nə baş verir?
İran sərhədi yaxınlığında ABŞ kəşfiyyat dronu göründü: Nə baş verir?

İran sərhədi yaxınlığında ABŞ istehsalı olan "Northrop Grumman MQ-4C Triton" kəşfiyyat pilotsuz təyyarəsi aşkar edilib.

Publika.az xəbər verir ki, bu barədə dünya üzrə təyyarələrin hərəkətini izləyən "Flightradar24" saytı məlumat yayıb.

Bildirilir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus pilotsuz təyyarə Birləşmiş Ərəb Əmirliklərindəki ABŞ hərbi bazasından havaya qalxaraq Fars körfəzinin hava məkanına daxil olub.

Təxminən eyni vaxtda "Lockheed C-130J Hercules" təyyarəsi Qətərdəki bazadan havaya qalxıb.

Xatırladaq ki, bundan əvvəl Fars körfəzi səmasında ABŞ hərbi təyyarəsi "Boeing KC-135R Stratotanker" görülmüşdü.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti