Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » MÜHARİBƏ BAŞLAYIR - Yaxın 48 saat ərzində...
MÜHARİBƏ BAŞLAYIR - Yaxın 48 saat ərzində...

ABŞ-nin İrana qarşı hərbi əməliyyatı yaxın 48 saat ərzində başlaya biləcəyi barədə məlumatlar yayılıb.

Reportyor.tv xəbər verir ki, bu barədə "The New York Times" qəzetinə Ağ Evdəki mənbələr məlumat verib.

Qəzet yazır ki, Vaşinqton Tehrana təzyiqi kəskin artırıb və nüvə danışıqları pozularsa, güc tətbiq etməyi nəzərdən keçirir.

CNN bildirir ki, ABŞ prezidenti Donald Trampın yaxın çevrəsində nüvə obyektlərinə, hərbi və hökumət infrastrukturuna, eləcə də təhlükəsizlik rəsmilərinə yönəlmiş bir neçə hərbi variant müzakirə olunur. ABŞ-nin dəniz və hava qüvvələri artıq regionda cəmləşib və bu, birbaşa təzyiq elementi kimi qiymətləndirilir.

Eyni zamanda, İran tərəfi vasitəçilər vasitəsilə dialoqa hazır olduğunu bildirir, lakin hücum halında sərt cavab veriləcəyini xəbərdarlıq edir.

Bu fonunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Donald Trampa ABŞ, İran və Türkiyə arasında üçtərəfli sammitin keçirilməsini təklif edib. Türkiyə mediasının məlumatına görə, ABŞ lideri təşəbbüsü müsbət qarşılayıb.

Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti