Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Epşteyn işi ilə bağlı 300 tanınmış şəxsin ​siyahısı dərc edildi
Epşteyn işi ilə bağlı 300 tanınmış şəxsin ​siyahısı dərc edildi

ABŞ-ın Baş prokuroru Pem Bondi amerikalı maliyyəçi Ceffri Epşteynin sənədlərində adı çəkilən 300-dən çox tanınmış şəxsin adının siyahısını dərc edib.

Bu barədə “Fox News” onun Konqres üzvlərinə ünvanladığı məktuba istinadən məlumat yayıb.

Məlumata görə, məktubda Ədliyyə Nazirliyinin Epşteyn işi sənədlərində ən azı bir dəfə adı çəkilən bütün sabiq və hazırkı vəzifəli şəxslər və ya siyasi cəhətdən güclü fiqurların adları yer alır.

Bunlara Britaniya şahzadəsi Harri, amerikalı televiziya aparıcısı və iş adamı Kim Kardaşyan, musiqiçilər Kurt Kobain, Brüs Sprinqstin və digər məşhurlar da daxildir./lent.az

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti