Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Tehran silkələndi: İraqlı tələbələrə təcili “İranı tərk edin” əmri!
Tehran silkələndi: İraqlı tələbələrə təcili “İranı tərk edin” əmri!

ABŞ və İran arasında artan gərginlik fonunda regionda vəziyyət daha da həssas mərhələyə daxil olub.

Reportyor.tv xəbər verir ki, İraq hökuməti İranda təhsil alan iraqlı tələbələrə ölkəni təcili tərk etmələri barədə rəsmi bildiriş göndərib.

Məlumata görə, Vaşinqton və Tehran arasında qarşılıqlı sərt bəyanatların artması təhlükəsizlik risklərini yüksəldib. Bu səbəbdən Bağdad İranın müxtəlif vilayətlərində yerləşən ali məktəblərdə oxuyan tələbələrinə xəbərdarlıq edib və onların ölkədən çıxmasının zəruri olduğunu bildirib.

“Yalla” şəbəkəsinin yaydığı xəbərdə qeyd olunur ki, artıq bir sıra tələbələrə rəsmi qaydada məlumat çatdırılıb. Bildirişdə onların İran ərazisini tərk etməsi və təhsili onlayn formatda davam etdirməsi tövsiyə olunub.

Tehranda yaşayan iraqlı tələbələrdən biri yerli mediaya açıqlamasında ölkəni tərk etməsi ilə bağlı göstəriş aldığını təsdiqləyib. Bu isə qərarın yalnız tövsiyə xarakterli deyil, praktik mərhələyə keçdiyini göstərir.

Musavat.com



Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti