Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Anna Akopyan Paşinyandan ayrılmasından danışdı: Kirayə yaşayacağam
Anna Akopyan Paşinyandan ayrılmasından danışdı: Kirayə yaşayacağam

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan onunla yollarını ayırdığını açıqlayıb.

Reportyor.tv erməni mediasına istinadən xəbər verir ki, Anna Akopyan Paşinyanla faktiki nikah münasibətlərinə son qoyduğunu və hökumətə məxsus bağ evlərini tərk etdiyini bildirib.

O qeyd edib ki, sosial şəbəkədə və ictimai müzakirələrdə yayılan “vətəndaş nikahının başa çatması” ifadəsi rəsmi qaydada nikahın qeydiyyata alınması deyil, birgə yaşayışın dayandırılması mənasını daşıyır.

Akopyanın sözlərinə görə, bundan sonra kirayə mənzildə yaşayacaq. Bildirib ki, aldığı ev hələ tikinti mərhələsindədir və istifadəyə hazır deyil.

Maddi vəziyyəti ilə bağlı da açıqlama verən Akopyan hesabında 5 milyon dram vəsait qaldığını deyib. O, eyni zamanda, fəaliyyətini “Mənim Addımım” (My Step) fondunda davam etdirmək niyyətində olduğunu vurğulayıb. Akopyan əlavə edib ki, bu fəaliyyətinə görə gələcəkdə cinayət məsuliyyətinə cəlb olunma ehtimalını da istisna etmir.

Məlumat Ermənistan mediasında geniş rezonans doğurub. Baş nazirin ailə həyatındakı dəyişikliklərin ölkədaxili siyasi proseslərə mümkün təsiri isə hələlik müzakirə mövzusu olaraq qalır.

Nikol Paşinyan sosial şəbəkədə Anna Akopyandan keçmiş incikliklərə görə üzr istəyib və onun qərarına hörmət etdiyini bildirib. O vurğulayıb ki, 30 il ərzində Akopyan onun üçün dayaq və arxa olub, lakin eyni sözləri özü haqqında deyə bilmədiyini qeyd edib.

Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti