
ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqlarla bağlı növbəti açıqlamasını verib.
Reportyor.tv xəbər verir ki, dövlət başçısı prosesdən məmnun olmadığını bildirib və qeyd edib: “İranla danışıqlardan məmnun deyiləm. İran nüvə silahı əldə edə bilməz. Cümə günü yeni görüş olacaq. İranla bağlı qərar verməmişəm. Görək o görüşdə nə olur”.
Trampın sözləri göstərir ki, Vaşinqton hələ yekun qərar verməyib və qarşıdakı görüş danışıqların taleyində mühüm rol oynaya bilər. Ağ Ev rəhbəri İranın nüvə silahı əldə etməsinə qəti şəkildə qarşı olduqlarını bir daha vurğulayıb.
Musavat.com






Şərhlər