
Reuters agentliyi ABŞ Prezidenti Donald Trampın İranın tezliklə ABŞ ərazisinə çata biləcək raket hazırlayacağı ilə bağlı bəyanatının Amerika kəşfiyyatının mövcud hesabatları ilə təsdiqlənmədiyini yazıb.
Musavat.com xəbər verir ki, kəşfiyyat sənədləri ilə tanış olan üç mənbənin bildirdiyinə görə, hazırkı qiymətləndirmələr İranın yaxın illərdə ABŞ-ni vura biləcək uzaqmənzilli raketə sahib olacağını göstərmir.
2025-ci il üzrə Pentaqonun hesabatında qeyd olunur ki, İranın belə texnologiyaya ən tez 2035-ci ildən sonra yiyələnməsi mümkündür. Hətta Çin və ya Şimali Koreyanın mümkün dəstəyi halında belə, bu müddətin daha tez reallaşacağına dair konkret dəlil yoxdur.
ABŞ dövlət katibi Rubio məsələyə daha ehtiyatlı yanaşaraq açıq proqnoz verməkdən çəkinib. İran Xarici İşlər Nazirliyi isə Vaşinqtonun ittihamlarını əsassız adlandıraraq rədd edib.
reportyor.tv






Şərhlər