
İsrailin təhlükəsizlik orqanlarının yüksək rütbəli rəsmisi "N12" telekanalına verdiyi müsahibədə İrana qarşı həyata keçirilən hərbi əməliyyatın miqyası barədə sensasion detallar açıqlayıb.
Reportyor.tv-nin məlumatına görə rəsmi qeyd edib ki, hücumun hədəfi yalnız hərbi obyektlər deyil, bütövlükdə ölkə rəhbərliyi olub:
"Əli Xameneyi də daxil olmaqla, bütün İran hakimiyyəti hədəfimiz idi".
Bundan əlavə, İsrail rəsmisi Tehranın belə bir hücumu gözləmədiyini vurğulayıb. Onun sözlərinə görə, İran tərəfi xüsusilə günün işıqlı vaxtında endirilən qəfil zərbələrdən "çox böyük təəccüb" keçirib. Mütəxəssislər bildirirlər ki, İsrailin əsas hədəfi həm də hərbi əməliyyat zamanı psixoloji üstünlük qazanmaq və hədəf dairəsini maksimum geniş tutmaqdır.
Musavat.com






Şərhlər