Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » İsrail əməliyyatın əsas məqsədini açıqladı: “Rejimin devrilməsi və hakimiyyətin dəyişdirilməsi”
İsrail əməliyyatın əsas məqsədini açıqladı: “Rejimin devrilməsi və hakimiyyətin dəyişdirilməsi”

Reportyor.tv  xəbər verir ki, İsraildə yayılan rəsmi bəyanata görə, İrana qarşı başladılan əməliyyatın əsas məqsədi “rejimin devrilməsi və hakimiyyətin dəyişdirilməsi” kimi təqdim olunur.

İsrail tərəfi əməliyyatların İranın təhlükə hesab edilən hərbi və strateji potensialına qarşı yönəldiyini bildirsə də, bəyanatda siyasi məqsədin açıq şəkildə vurğulanması diqqət çəkir. Analitiklər qeyd edirlər ki, bu cür ritorika artıq sırf hərbi zərbələrdən kənara çıxaraq siyasi sistemin dəyişdirilməsi hədəfini gündəmə gətirir.

Xatırladaq ki, son aylarda İranda daxili vəziyyət də gərgin olaraq qalır. Ötən ilin sonlarından başlayaraq ölkənin müxtəlif şəhərlərində sosial-iqtisadi və siyasi tələblərlə bağlı etiraz aksiyaları genişlənmişdi. Bu ilin 8–9 yanvar tarixlərində isə təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı sərt müdaxiləsi nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı məlumatlar yayılmışdı. Rəsmi Tehran hadisələri iğtişaş kimi təqdim etsə də, müstəqil mənbələr bunu qanlı qarşıdurma kimi qiymətləndirmişdi.

Bəzi beynəlxalq media orqanlarında və ekspert dairələrində həmin etirazların xarici təsirlərlə, o cümlədən İsrail qaynaqlı informasiya və təşkilati dəstəklə əlaqəli ola biləcəyi barədə iddialar da səsləndirilmişdi. Lakin bu iddialar rəsmi şəkildə təsdiqlənməyib.

Hazırda regionda hərbi əməliyyatlarla daxili siyasi proseslərin paralel getməsi Yaxın Şərqdə daha geniş və dərin transformasiya ssenarilərini gündəmə gətirib. İsrailin bəyan etdiyi məqsədin reallaşıb-reallaşmayacağı isə həm İran daxilindəki vəziyyətdən, həm də beynəlxalq aktorların mövqeyindən asılı olacaq.

Musavat.com

Şərhlər