
"The New York Times" qəzeti öz mənbələrinə istinadən xəbər verir ki, hazırda İrana qarşı həyata keçirilən hərbi əməliyyat ötən ilin iyun ayında ABŞ tərəfindən endirilən zərbələrdən daha böyük miqyasda olacaq.
Reportyor.tv xəbər verir ki, məlumata görə, hücumların hədəf dairəsi kifayət qədər genişdir. İran mediası paytaxt Tehranla yanaşı, ölkənin strateji əhəmiyyətli şəhərlərindən olan İsfahan, Qum, Kərəc və Kirmanşahda da güclü partlayış səslərinin eşidildiyini xəbər verir.
Bu genişmiqyaslı hücumun hədəfləri və vurduğu ziyan barədə təfərrüatlar hələlik dəqiqləşdirilməyib. Lakin hücumun əhatə dairəsi İsrail və müttəfiqlərinin İranın hərbi və nüvə infrastrukturunu tam sıradan çıxarmaq niyyətində olduğunu göstərir.
Musavat.com






Şərhlər