
"The New York Times" qəzetinin yaydığı məlumata görə, İsrail və ABŞ-ın İrana qarşı birgə hərbi əməliyyatı Donald Trampın İranın nüvə proqramı ilə bağlı danışıqlarda istədiyi nəticəni əldə edə bilməməsi fonunda baş verib.
Reportyor.tv-nin məlumatına görə məqalədə qeyd olunur ki, Trampın xüsusi nümayəndələri Uitkoff və Kuşner cümə axşamı Cenevrədə İran rəsmiləri ilə görüşsələr də, bu təmaslar uğursuzluqla nəticələnib. Tramp cümə günü verdiyi açıqlamada danışıqların gedişindən "məmnun olmadığını" bildirib.
Xəbərdə həmçinin vurğulanır ki, ABŞ prezidenti cümə günü səhər saatlarında hərbi əməliyyatlara başlamaqla bağlı hələ yekun qərar vermədiyini qeyd etmişdi:
"Mən güc tətbiq etməməyi çox istərdim, lakin bəzən buna məcbur olursan".
Bu bəyanatdan az sonra regionda genişmiqyaslı hava zərbələrinin endirilməsi diplomatik yolların tükəndiyini və Vaşinqtonun hərbi ssenariyə üstünlük verdiyini göstərir.
Musavat.com






Şərhlər