
Mənbələrin məlumatına görə, indiyə qədər İranda təxminən 30 hədəfə, o cümlədən ölkə Ali Dini liderinin evinə və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat qərargahına hücum edilib.
Reportyor.tv xəbər verir ki, Nuw100 yüksək səviyyəli təhlükəsizlik rəsmisinə istinadən hücumların ABŞ ilə birgə həyata keçirildiyini və bir neçə ay ərzində diqqətlə planlaşdırıldığını bildirir.
MOSSAD İran vətəndaşlarına müraciət edərək dəstəyini vurğulayıb: "Biz sizinləyik, birlikdə İranı şanlı günlərinə qaytaracağıq. Özünüzə diqqət edin".
Tehranda əməliyyatın miqyasını və koordinasiyasını təsdiqləyən yeni hücum dalğası davam edir. Bundan əlavə, İsfahan, Kirmanşah və digər şəhərlərdə də partlayışlar başlayıb.
Musavat.com






Şərhlər