
İran Daxili İşlər Nazirliyi ölkə əhalisinə müraciət edib.
Reportyor.tv xəbər verir ki, məlumatı "Tasnim" agentliyi yayıb.
Müraciətdə bildirilir: "Biz böyük İslam İran millətinə bildiririk ki, cinayətkar düşmən bütün beynəlxalq qanunları və danışıqlar zamanı pozaraq yenidən vətənimizə qarşı təcavüz edib. Daxili İşlər Nazirliyi cəmiyyətdə asayişi və əmin-amanlığı qorumaq və əhaliyə kömək göstərmək üçün bütün mövcud vasitələrdən istifadə etməyə üstünlük verir.
Bununla bağlı daxili işlər naziri bütün əyalət qubernatorlarına əvvəllər verilmiş təlimatları xatırladaraq, əyalətlərin vəziyyəti barədə hesabatların mümkün qədər tez alınmasının və əhalinin təcili ehtiyaclarını ödəmək üçün bütün resursların səfərbər edilməsinin vacibliyini vurğulayan bir fərman verib.
Eskəndər Momeninin təlimatlarına əsasən, milli böhran idarəetmə qərargahı yaradılıb və əyalət böhran idarəetmə şöbələrinə və müvafiq təşkilatlara bütün lazımi təlimatlar göndərilib”.
Nazirlik, həmçinin, əhalini sakit və təmkinli olmağa, mövcud vəziyyətə uyğun olaraq şəhərlər daxilində və şəhərlər arasında səyahət etməyə çağırır: "Xəbərləri yalnız rəsmi mənbələrdən, o cümlədən milli televiziya və radiodan almaq, həmçinin çaxnaşma yaratmamaq üçün şayiələr və yalan məlumatlar yaymaqdan çəkinmək tövsiyə olunur".
Musavat.com






Şərhlər