Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » İran hakimiyyəti Xameneinin ölümü ilə bağlı xəbərləri təkzib edir FOTO
İran hakimiyyəti Xameneinin ölümü ilə bağlı xəbərləri təkzib edir FOTO

İran hakimiyyəti ölkənin ali lideri ilə bağlı yayılan ölüm xəbərlərini növbəti dəfə qəti şəkildə təkzib edib.

Musavat.com-un məlumatına görə, Sky News İran dövlət mediasına istinadən xəbər verir ki, Əli Xamenei sağdır və ölkəni idarə etməyə davam edir.

Məlumata görə, İran rəhbərliyindəki mənbə yayılan iddiaları “psixoloji müharibə elementi” adlandırıb. “Əminliklə deyə bilərəm ki, inqilab lideri meydanda öz əmrində möhkəm və qətiyyətlidir”, – deyə mənbə bildirib.

Son günlər Yaxın Şərqdə artan gərginlik fonunda sosial şəbəkələrdə və bəzi xarici informasiya resurslarında Xameneinin səhhəti və taleyi ilə bağlı müxtəlif iddialar yayılmışdı. Lakin rəsmi Tehran bu xəbərləri ardıcıl şəkildə təkzib edir və ali liderin fəaliyyətini davam etdirdiyini vurğulayır.

Musavat.com

Şərhlər