Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Trampdan ŞOK HƏDƏ: “Görünməmiş zərbə olacaq”
Trampdan ŞOK HƏDƏ: “Görünməmiş zərbə olacaq”

ABŞ Prezidenti Donald Trump İranla bağlı sərt xəbərdarlıq edib. O bildirib ki, əgər Tehran hücumların miqyasını artırarsa, Vaşinqton buna misli görünməmiş cavab verəcək.

Reportyor.tv xəbər verir ki, Ağ Ev rəhbəri mövqeyini özünün sosial media platforması olan Truth Social üzərindən açıqlayıb. Tramp paylaşımında qeyd edib ki, İran daha ağır zərbələr endirməyə hazırlaşdığını bəyan edib və bunun ciddi nəticələri ola bilər.

“Əgər onlar bu addımı atmasalar, daha yaxşı olar. Əks halda, cavabımız indiyədək görünməmiş gücdə olacaq”, – deyə ABŞ lideri vurğulayıb.

Hazırda tərəflər arasında gərginliyin artdığı müşahidə olunur və beynəlxalq ictimaiyyət vəziyyəti diqqətlə izləyir.

Musavat.com

Şərhlər