Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Zelenski İrana qarşı savaşda iştirak etmək istəyir– "Amma şərti var”
Zelenski İrana qarşı savaşda iştirak etmək istəyir– "Amma şərti var”

Bloomberg-in yaydığı məlumata görə, Volodimir Zelenski Yaxın Şərqdə İran dronlarına qarşı mübarizəyə dəstək verməyə hazır olduqlarını bəyan edib.

Reportyor.tv xəbər verir ki, Ukrayna lideri bunun müəyyən şərtlə mümkün ola biləcəyini vurğulayıb.

Zelenski bildirib ki, Kiyev region ölkələrinə texniki və ekspert dəstəyi göstərə, xüsusilə pilotsuz uçuş aparatlarına qarşı mübarizə sahəsində təcrübəsini bölüşə bilər. Lakin bunun üçün həmin ölkələr Vladimir Putin üzərində təzyiq göstərməli və Ukraynada müvəqqəti atəşkəsin əldə olunmasına töhfə verməlidirlər.

Ukrayna prezidentinin sözlərinə görə, beynəlxalq təhlükəsizlik bir-biri ilə bağlıdır və Yaxın Şərqdə sabitlik təşəbbüsləri Ukraynadakı müharibə kontekstindən ayrı qiymətləndirilə bilməz.

Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti