Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev terrorçulara xəbərdarlıqsız atəş açmaq əmri verib.
Publika.az xəbər verir ki, bu barədə Tokayev xalqa müraciətində deyib.
Tokayev həmçinin bütün hüquqi vandalizm aktlarına sərt cavab verəcəyini vəd edib. Qazaxıstan prezidenti vətəndaşlardan bütün şübhəli şəxslər barədə polisə məlumat vermələrinixahiş edib.
"Bölgələrdə vəziyyətin sabitləşməsindən sonra fövqəladə vəziyyət tədricən şəkildə aradan qaldırılacaq. Vəziyyətin sabitləşməsi ilə əlaqədar olaraq ölkənin müəyyən bölgələrində müəyyən vaxt intervallarında rabitəni-əlaqə vasitələrini bərpa etmək qərarına gəldim. Amma sizə xəbərdarlıq edirəm ki, internetə pulsuz çıxış uydurmaların, böhtanların və qızışdırıcı məqamların pulsuz yerləşdirilməsi demək deyil. Müraciətlər aşkar edilərsə, tədbir görəcəyik”.
Kasım-Jomart Tokayev hücumçularla danışıqlar aparmaq təklifini cəfəngiyyat adlandırıb: "Cinayətkarlarla, qatillərlə danışıqlar aparmaq olar?" Prezident əlavə edib ki, xalqın dinc yolla səslənən bütün tələbləri dinlənilib.