Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Finlandiyada koronavirusla bağlı son durum açıqlandı
Finlandiyada koronavirusla bağlı son durum açıqlandı

Finlandiyada son sutkada daha 179 nəfər koronavirusa yoluxub.
“Report” xəbər verir ki, bunu ölkənin Milli Səhiyyə və Sosial İnkişaf Qurumu açıqlayıb.
“Finlandiyada aprelin 8-dək qeydə alınan koronavirus hallarının ümumi sayı 2 487 nəfərdir”, - qurumdan bildirilib.
Məlumata görə, indiyədək virusdan ölənlərin sayı 34 nəfərdir. Qeyd edilir ki, virus qurbanlarının orta yaşı 84-dür.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 433 000-i ötüb. Bunların 302 351 nəfəri sağalıb, 82 136 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti