Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Moskva xəstəxanaları doldu: xəstələr həyətdə qaldı - Foto
Moskva xəstəxanaları doldu: xəstələr həyətdə qaldı - Foto

Rusiyada koronavirusa yoluxanların sayı kəskin artıb.
reportyor.tv Modern.az-a istinadla xəbər verir ki, Rusiya paytaxtında artıq xəstəxanalar koronavirusa yoluxan xəstələri qəbul edə bilmir.
Bu gün sosial şəbəkə istifadəçilərinin yaydığı fotolardan görünür ki, Moskva vilayətindəki bir neçə xəstəxana yaxınlığında onlarla təcili yardım maşını gətirdikləri xəstənin qəbulu üçün növbə gözləyir.
Sosial şəbəkə istifadəçiləri bildiriblər ki, təcili yardım maşınlarının növbəsi daha çox Moskva yaxınlığındakı 3, 52, 68 və 119 saylı xəstəxanaların qarşısında müşahidə edilib.
Rusiyanın rəsmi mənbələri təcili yardım avtomobillərinin tıxacının şəhərdəki çətin epidemioloji vəziyyətlə bağlı olduğunu RİA-ya təsdiqləyiblər.
Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların ümumi sayı 13 584 nəfərə çatıb. Onlardan 8552 nəfəri Moskvada yaşayır.
Bu gün Moskvada 14 nəfər koronavirusdan ölüb.





Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti