Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Koronavirusa baxmayaraq, yüzlərlə insan eyni qaşıqla su içdi - VİDEO
Koronavirusa baxmayaraq, yüzlərlə insan eyni qaşıqla su içdi - VİDEO

Bolqarıstanda ortadoksal xristianlara Pasxa bayramından əvvəl ibadət etmək üçün kilsəyə getməyə icazə verilib.
“HaberGlobal” məlumat verir ki, koronavirus epidemiyasına baxmayaraq, mərasimə gedən yüzlərlə insan din xadimlərinin onlara eyni qabdan, eyni gümüş qaşıqla verdiyi “müqəddəs suyu” içiblər.
Bolqarıstanın Baş naziri Boyko Borisov ölkədə bütün kilsələrin, sinaqoqların, məscidlərin bağlı olmasına baxmayaraq, ortodoksal kilsə rəhbərliyi ilə görüşəndən sonra onların kilsələrinin açıq qalmasına qərar verib.
Bütün dünya dövlətlərinin koronavirusla mübarizə apardığı vaxtda belə bir hadisənin baş verməsi ölkədə müzakirələrə səbəb olub.
Tibb işçiləri bu hadisənin ölkədə koronavirusun yayılmasının artmasına səbəb olacağını bildiriblər.
Baş verən hadisəyə cavab olaraq Bolqarıstan Baş naziri “Pasxa ibadətinizi evdə, bağçanızda edin, kilsəyə getməyin” çağırışı edib.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti