Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » "Putin uduzmalı, "Leopard" sərbəst buraxılmalıdır" - Litvadan ŞOK ÇAĞIRIŞ
"Putin uduzmalı, "Leopard" sərbəst buraxılmalıdır" - Litvadan ŞOK ÇAĞIRIŞ

Litvanın xarici işlər naziri Qabrielus Landsberqis Ukraynanı 300 km-ə qədər mənzilli ATACMS ballistik raketləri, həmçinin "Leopard" tankları ilə təmin etməyə çağırır.
Reportyor.tv xəbər verir ki, o, bu barədə "Twitter" səhifəsində yazıb.
"Putin əlavə gecikmələrə mərc edir (Ukraynaya silah tədarükü ilə – red.). O, bu mərcdən uduzmalıdır. Ukrayna bizim dəstəyimizə və hörmətimizə daha çox layiqdir. ATACMS göndərmək və "Leopard"ı sərbəst buraxmaq lazımdır", - Landsbergis yazıb.
Qeyd edək ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba çərşənbə günü NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığı zamanı Ukraynaya Qərb tipli tankların verilməsinin vacibliyini vurğulayıb.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti