Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » COVID-19 virusu Moskvada daha 14 nəfərin ölümünə səbəb olub
COVID-19 virusu Moskvada daha 14 nəfərin ölümünə səbəb olub

Rusiya paytaxtında pnevmoniya diaqnozu qoyulmuş və COVID-19 test nəticəsi müsbət olan daha 14 nəfər ölüb.
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Moskvada yaradılmış Operativ Qərargahdan bildirilib.
Bildirilir ki, xəstələr 29-88 yaş aralığında olub. Onların hamısında paralel olaraq digər xəstəliklər də aşkar edilib: “Bunların arasında hipertoniya, kardioskleroz, aterosklerotik anevrizm. Xəstələrdən beşi şəkərli diabetdən də əziyyət çəkirdi”.
Qeyd edək ki, son sutka ərzində Rusiyada 3448 nəfərdə koronavirus aşkar edilib, bununla da yoluxanların ümumi sayı 27 938 nəfərə çatıb. İndiyədək 232 nəfər eyni virus səbəbindən həyatını itirib, 2304 nəfər də sağalıb.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti