Abşeronda virus əleyhinə profilaktik tədbirlər davam etdirilir
Tarix: 24-03-2020, 15:04
Baxılıb: 146
Google+ Paylaş
Tumblr Paylaş

Abşeronda virus əleyhinə profilaktik tədbirlər davam etdirilir

24-03-2020, 15:04

Abşeron rayonu ərazisində koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar baş verəbiləcək yoluxma hallarının qarşısının alınması məqsədi ilə bu gün də maarifləndirmə, təbliğat və dezinfeksiya tədbirləri davam etdirilib. Rayon İcra Hakimiyyətinin başçısı yanında yaradılan operativ qərargahın tətbiq etdiyi qrafikə uyğun olaraq kənd və qəsəbələrdə təxirəsalınmaz sosial izolyasiya istiqamətində işlər görülür. Gigiyena və Epidemilogiya Mərkəzi tərəfindən rayonda prospektlər, küçələr, park və insanların kütləvi toplaşa biləcəyi bütün yerlər mütəmadi olaraq dezinfeksiya olunur.
Koronavirus pandemiyası ilə əlaqədar əhalinin mütəmadi məlumatlandırılması və əsassız dezinformasiyanın qarşısının alınması məqsədi ilə bu gün də geniş təbliğat işlərinin aparılması davam etdirilib. Səsgücləndirici qurğular quraşdırılmış xüsusi avtomobillər vasitəsi ilə maarifləndirmə tədbirləri həyata keçirilib, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələri sakinlərin diqqətinə çatdırılıb.
Koronavirus infeksiyasının geniş yayılma sürətini nəzərə alaraq bir daha rayon sakinlərini şəxsi gigiyena qaydalarına əməl etməyə, evdən çölə çıxmamağa, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə ciddi şəkildə əməl etməyə çağırırıq.
 





Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ