Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Başda Azərbaycan olmaqla, qardaş ölkələri unutmayacağıq - Ərdoğan
Başda Azərbaycan olmaqla, qardaş ölkələri unutmayacağıq - Ərdoğan

Başda can Azərbaycan olmaqla, 6 fevral zəlzələsindən sonra Türkiyəyə yardım göstərən qardaş ölkələri unutmadıq və unutmayacağıq.
Publika.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra mətbuata bəyanatında bildirib.
"Biz də lazım olduğu təqdirdə qardaşlarımızdan köməyi əsirgəməyəcəyik, qarşlılıq gözləmədən bütün imkanlarımızı səfərbər edəcəyik, yanlarında olacağıq. Dildə, fikirdə, işdə birlik deyən mərhum Qaspıralı İsmail bəyin xəyalını gerçəkləşdirmək üçün birlikdə çalışacağıq", - Ərdoğan deyib.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti