Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Bu halda Vaşinqton Rusiya ilə danışıqlarda təsir rıçaqlarını itirəcək
Bu halda Vaşinqton Rusiya ilə danışıqlarda təsir rıçaqlarını itirəcək

Kiyevin NATO-ya daxil olması məsələsi gündəmdən çıxarılmasa, ABŞ-ın Ukrayna münaqişəsi ilə bağlı danışıqlarda heç bir rıçaqları olmayacaq.
reportyor.tv xəbər verir ki, bunu Pentaqonun keçmiş müşaviri və istefada olan ABŞ ordusunun polkovniki Duqlas Makqreqor bildirib.
"NATO üzvlüyü sülh sazişinin bir hissəsidirsə, ABŞ-ın Ukrayna danışıqlarında təsir rıçaqları yoxdur", - Makqreqor qeyd edib.
Bundan əvvəl məlum olub ki, Ukrayna və ABŞ arasında Ciddədə keçirilən görüşdə Kiyev nümayəndə heyəti Vaşinqton nümayəndələrinə potensial sülh sazişi ilə bağlı “qırmızı xətləri” açıqlayıb və respublikanın NATO-ya daxil olmaq planlarından əl çəkmək niyyətində olmadığını bildirib.

Şərhlər