İranın zənginləşdirilmiş uran ehtiyatı indi nüvə silahı olmayan dövlət üçün rekord həddə çatıb.
reportyor.tv xəbər verir ki, bu barədə ABŞ Kəşfiyyat Birliyinin qlobal təhdidlərə dair illik hesabatına istinadən xəbər verir.
“Son bir ildə biz İranın nüvə silahlarının ictimaiyyətdə müzakirəsi ilə bağlı çoxdankı tabularının aşınmasını müşahidə etdik və bu, çox güman ki, qərar qəbul edən dairədə nüvə tərəfdarlarını cəsarətləndirəcək”, - sənəddə deyilir.
Martın 23-də ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals bəyan edib ki, Birləşmiş Ştatlar İranı nüvə proqramından tamamilə imtina etdirmək niyyətindədir.
Həmin gün İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, İran tərəfi indiki şəraitdə artıq ABŞ-la danışıqlara gedə bilməz. Nazir əlavə edib ki, Tehranın Vaşinqtona qarşı siyasi kursu durğunluq vəziyyətində deyil.