Biz Qrenlandiya əhalisini ABŞ vətəndaşı olmağa inandırmalıyıq.
reportyor.tv xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “The Vince Show” verilişinə müsahibəsində deyib.
O, ada sakinlərinin ABŞ vətəndaşlığı ilə bağlı məlumatsız olduğunu bildirib.
Tramp milli təhlükəsizlik səbəbindən ölkənin Qrenlandiya üzərində nəzarətə ehtiyacı olduğunu vurğulayıb.
Qeyd edək ki, martın 28-də ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens və həyat yoldaşı Uşa Vens Qrenlandiyaya səfər edəcək. Onlar ABŞ hərbi bazasına baş çəkəcəklər. Bu səfər Qrenlandiyada ciddi narazılıq yaradıb.