Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Ərdoğan: Ana müxalifət artıq Qərbə yalvarır
Ərdoğan: Ana müxalifət artıq Qərbə yalvarır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə daxilindəki ana müxalifətin özünə nəzarətin itirdiyini bildirib.
Reportyor.tv report-a istinadən xəbər verir ki, o, bu barədə İstanbulda çıxışı zamanı deyib.
"Onlar özlərinə nəzarəti o qədər itiriblər ki, artıq Qərbə yalvarırlar. Gənclərin arxasında gizlənməyə, əcdadlarımızın mirası olan məscidlərimizə hörmətsizlik etməyə qədər hər cür biabırçılıq nümayiş etdirildi", - dövlət başçısı söyləyib.
Ərdoğan, həmçinin qeyd edib ki, Türkiyə hökuməti hakimiyyət daxildə sabitliyin pozulmasına və gənclərin alət kimi istifadə olunmasına icazə verməyəcək.

Şərhlər