“Savadsız və məsuliyyətsiz sahə həkimi E. Qurbanova üzündən uşağımız kritik durumdadır, xahiş edirəm, bu məsələni ciddi araşdırıb, ictimailəşdirin. O savadsız sahə həkimi ya işindən uzaqlaşdırılsn, ya da haqqında ciddi ölçü götürülsün!”
“Yeni Gundem” bildirir ki, Mirzəyev Həsənağa övladını müayinə etmədən vurduğu iynə ilə ağır xəstə salan, Sabunçu rayonu 12 saylı şəhər polikninkasının sahə həkimi E. Qurbanovadan şikayətçi düşüb.
Ş.ikayətçi Mirzəyev Həsənağa öz iddiasında bildirib:
“Bizim 4 aylıq körpə uşağı sahə həkimi Qurbanova yoxlamadan, analiz və heç bir müayinə etmədən peyvənd edərək pis hala qoyub. Həm də razılığımız olmadan. Savadsız həkim allergiyası olan uşağa müayinəsiz göy öskürəyə qarşı peyvənd edib. Uşaq həmin gündən 39-40 qızdırma içindədir Hadisədən, 4 gün sonra uşağı “Məlhəm” hospitala apardıq. Orda da bir gədər pul xərcləyəndən sonra uşaq daha da pisləşdi. Hazırda 10 gündü dövlət xəstəxanalardan birinə yatızdırdıq və orda müalicə alır. Neçə gündü vəziyyət ağır olaraq qalır. Bir çox müayinədən sonra məlum olub ki, qanına infeksiya düşüb və üstəlik uşaqda anemiya yaranıb. Həkimlərin dediyinə görə bu cür xəstə uşaqlara qan analizi yoxlanmadan qəti peyvənd vurmaq olmaz. Hazırda uşağın bütün orqanlarnda iltihabılaşma başlayıb. Hətta dedilər ki ürək klapanlarının hər birində iltihab var, həmçinin qaraciyər böyüməsi, böyrəklər və sidik yollarındaciddi fəsadlar yaranıb. Bütün qan göstəriciləri aşırı yüksəlib.
Belə hal sahə həkim Qurbanovanın ilk işi deyil, deyilənlərə görə o dəfələrlə körpələri ölümcül vəziyyətə salıb. Deyim ki, bir uşaqda sinədə bəlğəm olduğu halda ona da iynə vurub və uşaq bəlğəmli öskürərəyi çıxara bilmədiyi üçün xəstəxanaya yerləşdirilib. Bu bisavad Sabunçu rayonu 12 saylı şəhər polikninkasında işləyir. Bakıxanov qəsəbəsində, “Akkord”un binaları deyilən əraziyə baxır. Əlavə edim ki şikayət edəcəyimizi eşidərək tez məzuniyyətə çıxıb.
Bildirim ki, sahə həkimi E. Qurbanovanın savadsızlığı ucbatından övladımın ürəyindəki iltihab qalmaqdadır və hər nə dərman verilirsə, allergitəyası yüksəlir. Övladımı bu hala qoyan sahə həkiminin cəzalandırılmağını tələb edirəm… !
Ətraflı videoda:
