Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Fərzəliyevin Abşerondakı növbəti obyekti? - Hər kəs susur, tikinti sürətlə davam edir - VİDEO
Fərzəliyevin Abşerondakı növbəti obyekti? - Hər kəs susur, tikinti sürətlə davam edir - VİDEO

Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsində daha bir obyektin tikintisinə başlanılıb.

Bizimesr.az-a daxil olan videogörüntüdə sürətlə davam edən tikinti işlərinin rəsmi icazələrinin olmadığı iddia olunur.

İddialara əsasən, sözügedən obyektin tikintisi üçün nə Abşeron Rayon İcra Hakimiyyəti, nə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, nə də digər aidiyyəti qurumlardan müvafiq sənədlər alınıb.

Məlum olduğu kimi, Abşeron rayonunda uzun illərdir şəhərsalma standartlarına cavab verməyən və qanunsuz olduğu deyilən tikililərlə bağlı narazılıqlar səngimək bilmir. Sakinlər bildirirlər ki, bəzi hallarda ən kiçik həyət tikililərinə belə ciddi nəzarət tətbiq olunduğu halda, iri obyektlərin inşasına rayon rəhbərliyi tərəfindən göz yumulur

Rayon icra başçısı Abdin Fərzəliyevin rəhbərlik etdiyi qurumun bu tikinti ilə bağlı mövqeyi hələlik açıqlanmayıb. İctimaiyyətdə sual doğuran məqam isə budur: icazəsiz bir tikilidə hətta kiçik dəyişikliklərin belə mümkün olmadığı Abşeronda bu miqyasda obyektin inşası necə həyata keçirilir? İcra başçısının küçələri qarış-qarış gəzən nümayəndələri niyə bu obyektin tikintisini görmür, yaxud göz yumur...?

Görünür icra başçısı Abdin Fərzəliyev üçün belə tikintiləri görünməz edən səbəblər, əsaslar var. Əks halda bir kasıbın toyuq hinini həyətində sökdürən icra başçısı bu yekəlikdə obyekti də görməzdən gəlməz...

***
Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsində aparıldığı iddia edilən qanunsuz tikinti ilə bağlı redaksiyamız tərəfindən aidiyyəti qurumlara rəsmi sorğular ünvanlanıb. Lakin indiyədək Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən heç bir cavab verilməyib.

Qeyd edək ki, medianın informasiya əldə etmək hüququ qüvvədə olan qanunvericiliklə təsbit olunub və dövlət qurumları sorğulara müəyyən edilmiş müddətdə cavab verməlidirlər. Buna baxmayaraq, rayon icra hakimiyyətinin sorğuları cavabsız qoyması əlavə suallar yaradır.

Redaksiyamız tərəfindən həm qanunsuz tikinti iddiaları, həm də media sorğularının cavablandırılmaması faktı ilə bağlı ayrıca müraciət göndərilib. Lakin bu sorğu da cavabsız qalıb.

İctimai əhəmiyyət daşıyan məsələlərlə bağlı dövlət qurumlarının mövqe bildirməməsi şəffaflıq prinsiplərinə zidd olmaqla yanaşı, qanunvericiliyin tələblərinin icrası baxımından da ciddi narahatlıq doğurur.

Məsələni diqqətdə saxlayacağıq!
Bizimesr.az [video=]

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti