Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Nəsimi rayonunda “Başkənd” restoranında özbaşınalıq “depozit” adı ilə müştərilərin cibinə girirlər.
Nəsimi rayonunda “Başkənd” restoranında özbaşınalıq “depozit” adı ilə müştərilərin cibinə girirlər.

Bakı şəhəri, Nəsimi rayonu ərazisində fəaliyyət göstərən “Başkənd” restoranı ilə bağlı narazılıqlar səsləndirilir. İddialara görə, restoranda müştərilərdən “depozit” adı altında əlavə pul tələb olunur.

Belə ki, restorana gələn müştərilərdən əvvəlcədən 50 AZN depozit tələb edildiyi bildirilir. Bundan əlavə, qiymətlərdə də ciddi uyğunsuzluq olduğu iddia edilir. Müştərilərin sözlərinə görə, 3.50 AZN qiyməti olan dönərli çadra hesabda 7 AZN kimi təqdim olunur.

Bu cür halların müştərilərin narazılığına səbəb olduğu bildirilir. İnsanlar qeyd edir ki, belə yanaşma müştəri hüquqlarının pozulması kimi qiymətləndirilə bilər və bu, ictimai narazılıq yaradır.

Məsələ ilə bağlı aidiyyəti qurumların araşdırma aparması və obyektiv mövqe bildirməsi gözlənilir.(Bakunews.az)

İddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti