Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Naxçıvanda avtomobildə yanğın olub
Naxçıvanda avtomobildə yanğın olub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhəri, 58-ci məhəllədə minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
Reportyor.tv FHN-ə istinadən xəbıər verir ki, dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Naxçıvan şəhər Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qarşısı alınaraq qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində “VAZ-21015” markalı minik avtomobilinin mühərrik hissəsi, ön təkərləri və sürücü paneli qismən yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Şərhlər